“SOCAR Polymer” ixrac gəlirlərini təxminən 60 % artırıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 277,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bu, 2022-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 103,7 milyon ABŞ dolları və yaxud 59,5 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...