SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Cari ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.
SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.
Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın 9 aylıq büdcə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xəzinədarlıq orqanları 984 mindən çox ödəniş tapşırığı icra edib. BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən...