SOCAR-ın "Petkim"ə investisiyalarının həcmi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"SOCAR Turkiye Enerji" şirkəti 2008-2024-cü illərdə "Petkim" neft-kimya kompleksinin zavodlarına ümumilikdə təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkiye"nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"SOCAR Turkiye Enerji" şirkətinin "Petkim"in zavodlarına sərmayə qoyuluşunun illik həcmi orta hesabla 113 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, şirkətin 2008-2024-cü illərdə bu məqsədlər üçün kapital qoyuluşu (CAPEX) təxminən 2 milyard ABŞ dolları olub", - K.Mirzəyev qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan kapital qoyuluşlarından əlavə, 2018-ci və 2022-ci illərdə "Petkim"də əsaslı təmir üçün planlaşdırılmış xərclər də həyata keçirilib.
"Bu sərmayələr kompleksin zavodlarının istehsal dayanıqlığının artırılmasında mühüm rol oynayıb", - K.Mirzəyev bildirib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...