SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kulevi neft terminalının yük dövriyyəsini iki dəfə artıraraq illik 4 milyon tona çatdırmağı hədəfləyir.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, terminalda sıxılmış qaz və neft-kimya məhsullarının emalının təşkili də nəzərdən keçirilir. Layihə çərçivəsində terminalın infrastrukturu təkmilləşdiriləcək, yük çeşidi genişləndiriləcək və regionun enerji tranziti imkanları gücləndiriləcək.
Terminal rəhbərliyi Qazaxıstan, Türkmənistan və Rusiyadan enerji daşıyıcılarının tranziti üçün Azərbaycan və Gürcüstanın dəmir yolu marşrutlarının potensialından istifadə etməyi planlaşdırır.
Hazırda Kulevi terminalının ümumi çən tutumu 407 min kubmetr təşkil edir. Mövcud altı estakada eyni anda 208 dəmir yolu çəninin boşaldılmasına imkan verir. Genişləndirmə layihəsi regionun enerji tranziti infrastrukturunu daha da gücləndirməyə hesablanıb.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...