"SOCAR Green" Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memor

Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkəti ilə ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BAKU.WS ADSEA-ya istinadən xəbər verir.
Memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.
Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.


Oxşar xəbərlər
Əmanətlərin Sığortalanması Fondu aktivlərini 15 % artırıb
2023-cü il dekabrın 31-nə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) cəmi aktivləri 651,398 milyon manat təşkil edib. BAKU.WS ƏSF-nin KPMG beynəlxalq auditor şir...