"SOCAR Energy School" sertifikat proqramı çərçivəsində "Hidrogen Texnologiyaları" mövzusu müzakirə edilib
SOCAR Türkiyə və Sabancı Universitetinin əməkdaşlığı ilə həyata keçirilən üçüncü "SOCAR Energy School" sertifikat proqramı çərçivəsində "Hidrogen Texnologiyaları" mövzusunda sessiya təşkil edilib.
BAKU.WS xəbər verir ki, iştirakçılara enerji sahəsində 360 dərəcəlik baxış bucağı qazandırmağı hədəfləyən sessiyada hidrogenin enerji transformasiyasındakı yeri və potensialı əhatəli şəkildə müzakirə olunub.
Tədbirdə istehsaldan saxlanmaya və nəqliyyata qədər uzanan texnoloji proseslər, hidrogenin sənaye və enerji sistemlərində mümkün istifadə sahələri ilə birlikdə qiymətləndirilib. İştirakçılar hidrogen iqtisadiyyatının gələcəyinə dair texniki bilikləri və strateji yanaşmaları eyni çərçivədə nəzərdən keçirmək imkanı əldə ediblər.
Oxşar xəbərlər
Laçındakı "Hidro-3" layihəsi Azərbaycanın ilk beynəlxalq karbon kreditlərini qazandırdı
"SOCAR Trading" və "AzərEnerji" ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən "Mirik" və "Qaraqışlaq" kiçik su elektrik stansiyalarını əhatə edən "H...