SOCAR emal müəssisələrində proses təhlükəsizliyi üzrə yeni mərhələ başlayır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal müəssisələrində proses təhlükəsizliyinin gücləndirilməsi və risklərin sistemli şəkildə idarə olunması üzrə yeni mərhələyə start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) və proses təhlükəsizliyi üzrə idarəetmə sistemləri yenilənib, risklərinin daha dəqiq müəyyənləşdirilməsi və qarşısının alınması üçün müasir yanaşmalar tətbiq olunur.
"Bu çərçivədə müəssisələrdə təhlükəsizlik baryerləri gücləndirilir, istismar riskləri azaldılır və təhlükəsizlik mədəniyyəti yeni mərhələyə yüksəldilir. Proses təhlükəsizliyi sahəsində buraxılan ən kiçik səhv belə ciddi nəticələrə gətirib çıxara biləcəyi üçün bu istiqamət SOCAR üçün prioritet hesab olunur", - E. Alxaslı bildirib.
Oxşar xəbərlər
ABŞ-nin 70 illik bankı 51 filialını bağlayır
ABŞ-nin 70 ilə yaxın tarixi olan bank nəhəngi TD Bank 51 filialını və bir avtomobil xidməti məntəqəsini bağlayacağını açıqlayıb. Bankın məqsədi bu addımla 2,5 m...