SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib

SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib
Foto
İqtisadiyyat 38

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Dünya Bankı ilə ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə keçirilən görüşdə aparılıb.

Görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd olunub.

Eləcə də, SOCAR-ın Dünya Bankının "2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi" təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.

Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.

Son xəbərlər