SOCAR Bolqarıstanın enerji sektorunda tərəfdaşlığı dərinləşdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Bolqarıstan arasında enerji sektorunda tərəfdaşlığın dərinləşdirilməsi nəzərdən keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrinin enerji sektorunda da uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının enerji sektorunda əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) layihələrinin Bolqarıstana etibarlı və fasiləsiz təbii qaz təchizatının təmin edilməsində rolu xüsusi qeyd olunub.
Görüşdə SOCAR ilə Bolqarıstanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...