SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb.
Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.
İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.
SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.
Oxşar xəbərlər
Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb. BAKU.WS xəbər verir ki, bu barədə ASCO məlumat...