SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dövlət neft şirkəti SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var:
"Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik".
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...