SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management, Inc." şirkəti arasında "midstream", "yaşıl enerji" keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf ilə "Apollo Global Management, Inc."in idarəedici direktoru Conatan Bar arasında görüşdə aparılıb.
Görüşdə "Bakı Enerji Həftəsi"nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda pul bazası mayda 3 %-dən çox artıb
Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 24 milyard 105,6 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i...