Şəhid ailələri üçün verilən müavinətin məbləği ARTIR
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid ailələri üçün aylıq müavinət 2025-ci il iyulun 1-dən 700 manat həddində müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Fərmanla şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə iyulun 1-dən ayda 700 manat müavinət veriləcək.
Xatırladaq ki, sözügedən müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdi.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...