Rəsmi məzənnə açıqlandı: dollar cüzi bahalaşdı

Rəsmi məzənnə açıqlandı: dollar cüzi bahalaşdı
İqtisadiyyat 1506

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,2078-dən 1,2059-a düşüb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0466-dan 1,0467-yə yüksəlib. Rusiya rublunun məzənnəsində də bahalaşma qeydə alınıb. Rubl 0,0148-dən 0.0151-ə qədər artıb.  

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Rəsmi məzənnə açıqlandı: avroda rekord bahalaşma

Rəsmi məzənnə açıqlandı: avroda rekord bahalaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən baha...

1534 İqtisadiyyat 09:33 25 avqust 2015

Son xəbərlər