Rövnəq Abdullayev ABŞ-dan gələn nümayəndə heyəti ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-da ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin məsləhətçilər şurasının üzvləri ilə görüş keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, fevralın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində ABŞ-ı “Xəzər Siyasət Mərkəzi”nin məsləhətçilər şurasının üzvlərini qəbul edib.
Qonaqları salamlayan SOCAR-ın prezidenti onların fəaliyyətini yaxından izlədiyini, indiyədək həyata keçirdikləri layihələrin uğurla nəticələndiyini, həmçinin ötən il “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” forumuna görə “Xəzər Siyasət Mərkəzi”-nə minnətdarlığını bildirib. SOCAR prezidenti ölkəmizdə həyata keçirilən enerji layihələri haqqında qonaqları ətraflı məlumatlandırmış, gələcəkdə layihələrin uğurla davam etdirilməsi üçün daha geniş əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Cənub Qaz Dəhlizi layihəsinin cari ildə yekunlaşacağında söhbət açan R. Abdullayev bu layihənin reallaşdırılmasına start verilərkən bir sıra problemlər yaradıldığını, amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi, BP və SOCAR-ın təşəbbüsü ilə bu layihənin artıq başa çatmaq üzrə olduğunu vurğulanıb. SOCAR prezidenti qeyd edib ki, bu layihənin genişləndirilməsi üçün “Xəzər Siyasət Mərkəzi”nin səyləri şirkətin işinə təkan verə bilər.
Nümayəndə heyətinə rəhbərlik edən “Xəzər Siyasət Mərkəzi”nin məsləhətçilər şurasının üzvü Riçard Hoqland səmimi qəbul üçün minnətdarlığını bildirmiş, onların təmsil etdiyi qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində baş verən prosesləri diqqət mərkəzində saxladığını bildirib. Qeyd edilib ki, Mərkəz Azərbaycan haqqında obyektiv məlumatların yayılmasına şərait yaradan bir sıra tədbir və layihələri bundan sonra da həyata keçirəcək, xüsusi olaraq Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin inkişaf etdirilməsində maraqlıdır.
Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edilib.
Görüşdə “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru Əfqan Nifti, təşkilatın məsləhətçilər şurasının üzvləri, keçmiş səfirlər Robert Sekuta, Alan Mustard, Susan Eliot iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanda “yaşıl” enerji potensialı - TƏHLİL
2019-cu ilin 5 dekabrında Azərbaycan Prezidenti İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirlə...