Ərdoğandan dollar açıqlaması – “Bu da keçər!” – VİDEO
31
avq
2018
17:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi vəziyyəti və türk lirəsinin gələcək taleyilə bağlı açıqlama verib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Balıkəsirdə hərbi liseydə təşkil olunan tədbirdə çıxış edib. Türkiyə lideri bildirib ki, bu çətin məqam da türklərin qələbəsi ilə başa çatacaq. “Türkiyəni iqtisadi böhranla, maliyyə çətinliyilə çökdürməyə çalışırlar. Öz çirkin niyyətlərini dollarla həyata keçirtmək istəyirlər. Türkiyə Allahın izni və xalqın iradəsilə edilən hücumların qarşısını alacaq. Nə edirlər etsinlər, 2023-cü ildə qarşımıza qoyduğumuz hədəflərə mane ola bilməyəcəklər. Özünüz də görürsüz ki, iqtisadiyyatımız inkişaf edir. Ticarət əlaqələrimiz genişlənib. Turizm sektoru inkişaf edib. Bəs “valyuta məzənnəsi nə olacaq?” deyə soruşanlara isə bircə cavabım olacaq. Bir kəlmə demək istəyirəm. Bu da keçər!”, - deyə Ərdoğan vurğulayıb. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Ərdoğandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – Türkiyə yeni müttəfiqlər axtarmağa məcbur olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya sanksiyalara cavab olaraq sərt ismarıc verib.BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə “The New...