Ramin Səmədov NIKOIL | Bankda yeni vəzifəyə gətirildi
NIKOIL | Banka yeni təyinat olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, "Qarant Sıgorta Agentliyi"nin direktoru Ramin Səmədov NIKOIL | Bankda yeni vəzifəyə gətirilib.
"Qarant Sıgorta Agentliyi"nin direktoru Ramin Səmədov NIKOIL | Bankda Biznesin İnkişafı üzrə rəhbər postunu tutacaq. Günü gündən güclənən NIKOIL | Bank peşəkar kadrları cəlb edərək bazarda əsas oyunçulardan birinə çevrilməyə çalışır.
Qeyd edək ki, Ramin Səmədov 2010-cu ildən bu günə kimi "Qarant Sıgorta Agentliyi"ndə çalışıb. O, bundan öncə (2004-2010-cu illərdə) "Bank of Baku"da Satış Kanallarının İdarə olunması departamentinin direktoru kimi çalışıb. Ramin Səmədov 15 ildən çoxdur ki, maliyyə qurumlarında çalışır. Həm bank, həm də sığorta sektorunda büyük nəaliyyətlər əldə edib.
NIKOIL | Bank 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL | Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirir. 22 illik fəaliyyəti ərzində NIKOIL | Bank məqsədyönlü şəkildə Azərbaycan əhalisi və iş adamları üçün öz bank xidmətlərini təkmilləşdirir. Bankın fəaliyyətinin əsas istiqaməti ölkə əhalisi və bir sıra iri şirkət olmaqla yanaşı, kiçik və orta biznesə universal bank xidmətləri göstərməkdən ibarətdir. Bankın filial şəbəkəsi 17 satış nöqtəsindən ibarətdir.
Bank biznes sahəsində qazandığı uğurlarından başqa, özünün aktiv xeyriyyəçilik fəaliyyəti ilə də seçilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
NIKOIL | Bank-ın 11 saylı filialı yeni ünvanda fəaliyyət göstərəcək
Cari ilin martın 7-dən etibarən NIKOIL | Bank-ın 11 saylı filialı - Bakı şəhəri, Yasamal rayonu, 547-ci kvartal, İnşaatçılar prospekti 3 ünvanında yerləşən yeni...