Qonşu ölkələrdə yerli valyutaların son durumu - MƏZƏNNƏLƏR

Qonşu ölkələrdə yerli valyutaların son durumu  - MƏZƏNNƏLƏR
İqtisadiyyat 2

Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında hər gün dəyişir.

BAKU.WS xəbər verir ki, dolların məzənnəsində dəyişiklik ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 74,01 rubla satılır. Ötən həftə (73,75) ilə müqayisədə rubl nisbətən ucuzlaşıb.

Bundan başqa son bir həftə ərzində Türkiyə lirəsi dollar qarşısında 1 dollar üçün 6,6 lirədən 6,9 lirəyə qalxıb.

Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında nisbətən bahalaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 3,17 laridən 3,15 lariyə düşüb.

İran İslam Respublikasının valyutası isə 1 dollar qarşısında həftə ərzind 42,5 real olaraq qalıb.

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər