Prezidentdən sahibkarlara 20%-lik güzəşt
Azərbaycan prezidenti İlham Əliyev "Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, müvafiq dəyişikliklərə əsasən, qanunun 36.9-cu maddəsi aşağıdakı redaksiyada verilib: "Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir”.
Qanunun 44.2-ci maddəsinin birinci cümləsi isə belədir: "Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir”.
BAKU.WS
Oxşar xəbərlər
Prezident "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər etdi
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının imzal...