OPEK+ neft hasilatı üzrə kvotaları artırır

OPEK+ neft hasilatı üzrə kvotaları artırır
İqtisadiyyat 6

OPEK+ qrupuna daxil olan yeddi ölkə iyul ayında neft hasilatı üzrə kvotaları sutkada 188 min barel artırmaq barədə qərar qəbul edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə OPEK-in press-relizində bildirilir.

Beləliklə, sazişi pozan ölkələrin kompensasiyaları nəzərə alınmadan, alyansın iyul ayı üçün ümumi kvotası sutkada 35.83 milyon barel təşkil edəcək.

Yeddi ölkənin nazirlərinin növbəti iclası iyulun 5-nə planlaşdırılıb.

Sazişin liderləri olan Səudiyyə Ərəbistanı və Rusiya gələn ay hasilatı sutkada 62 min barel artıraraq müvafiq olaraq 10.353 milyon barelə və 9.824 milyon barelə çatdıra biləcəklər. İraqın istehsalı sutkada 26 min barel artıraraq 4.378 milyon barelə, Küveytin sutkada 16 min barel artıraraq 2.644 milyon barelə, Əlcəzairin isə hasilatı sutkada 6 min barel artıraraq 995 min barelə çatdırmaq hüququ var.

Qazaxıstanın kvotası sutkada 10 min barel artaraq 1.609 milyon barelə, Omanın kvotası isə sutkada 5 min barel artaraq 831 min barelə yüksəlib. Daha əvvəl bu ölkələr üçün ötən aylarda icazə veriləndən artıq hasilata görə kompensasiya qrafikləri qüvvədə idi. Onlardan sonuncuları aprel ayında OPEK-ə təqdim edilib və iyunun sonuna qədər qüvvədədir.

Görüşün yekunlarına dair bəyanatda qeyd olunur ki, kompensasiya müddəti 2026-cı ilin sonuna qədər uzadılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər