OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib

12
avq
2020
17:37
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft və maye karbohidrogen hasilatının 720 min barel olacağını proqnozlaşdırır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.
OPEC-in avqust ayı üzrə hesabatına əsasən, bu, əvvəlki proqnozla eynidir.
OPEC-in proqnozuna görə, 2021-ci ildə də ölkədə gündəlik hasilat 720 min barel səviyyəsində qalacaq.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərinin icrasına başlayıb
Azərbaycan bu gündən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən...