Ölkədən pul çıxarılması qaydaları dəyişdi

Ölkədən pul çıxarılması qaydaları dəyişdi
İqtisadiyyat 6579
 

Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan”a bank sektorundakı mənbə məlumat verib.

"Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər