NIKOIL | Bank Təmir Krediti üçün sərfəli şərtlər təklif edir

NIKOIL | Bank Təmir Krediti üçün sərfəli şərtlər təklif edir
İqtisadiyyat 810
NIKOIL|BANK Təmir Krediti üçün bugünkü gündə ən sərfəli şərtləri təklif edir.Vətəndaşların gözləntilərini və tələbatlarını nəzərə alaraq NIKOIL|BANK 15%-dən başlayan illik faiz dərəcəsi ilə bank komissiyaları tutulmadan Təmir üçün Kredit almağa imkan yaradır. Fəaliyyət növündən və gəlir mənbəyindən asılı olmayaraq Təmir üçün Krediti həm Azərbaycan Respublikasının vətəndaşları, həm də sabit gəliri olan qeyri-rezidentlər də əldə edə bilər. Kreditin məbləği 5000 AZN-dən 50000 AZN-ə qədər dəyişir və 7 il müddətinə qədər verilir. Qeyd olunan şərtlərə əsasan 5000 AZN həcmində kredit alınarkən kreditin aylıq ödəniş məbləği cəmi 96 AZN təşkil edir. Kredit almaq üçün maraqlanan şəxslər onlayn müraciət formunu dolduraraq, bankın filiallarından birinə yaxınlaşa bilər. Kredit borclarını vaxt itirmədən MilliÖn və eManat ödəniş terminalları, hesab.az, epay.az və ya NIKOIL|Bank-ın rəsmi saytı vasitəsilə ödəmək mümkündür. Qeyd edək ki, Təmir üçün Kredit rəsmiləşdirilən zaman əmlakın sığortalanması tələb olunmur. Kredit almaq üçün tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək və onlayn ərizəni doldurmaq üçün linkə daxil olun.NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.Bankın sosial şəbəkələrdə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/nikoilbankhttps://www.instagram.com/nikoilbank/

Oxşar xəbərlər

NIKOIL | Bank-dan sərfəli Daxili ipoteka şərtləri

NIKOIL | Bank-dan sərfəli Daxili ipoteka şərtləri

NIKOIL | Bank yeni Daxili ipoteka məhsulunu təqdim edir, hansı ki, arzuladığınız mənzilə sahib olmaqla yanaşı, sizə torpaq sahəsi alıb və orada xəyallarınızdakı...

1021 İqtisadiyyat 15:08 19 oktyabr 2018

Son xəbərlər