NIKOIL | Bank neftçilər üçün aksiya keçirir
17
sen
2018
15:45
NIKOIL | Bank neft-qaz sahəsində çalışan əməkdaşlar üçün güzəştli şərtlərlə kredit aksiyasını elan edib. Kredit üzrə illik faiz dərəcəsi 2% azaldılıb, bank komissiyası isə cəmi 1% təşkil edir. Neftçilər 6 aydan 36 ay müddətinədək 30000 AZN-dək məbləğdə istehlak kreditini əldə edə bilər. 7500 AZN-dək kredit girovsuz və zaminsiz verilir. Aksiya cari ilin oktyabr ayının 15-dək davam edəcək. Kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən şöbəsinə AR vətəndaşının şəxsiyyət vəsiqəsi, iş yerindən etibarlı arayış və əmək haqqı hesabından son 6 ay üçün çıxarış təqdim olunmalıdır. NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır.Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütünməhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbankBAKU.WS
Oxşar xəbərlər
NIKOIL | Bank bir neçə kredit aksiyasını elan edib
NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasın...