Neft qiymətləri yeni həftəyə kəskin artımla başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Qlobal əmtəə bazarlarında neft qiymətləri yeni həftəyə ciddi bahalaşma ilə start verib.
BAKU.WS xəbər verir ki, "APA-Economics"in məlumatına görə, ABŞ-ın WTI markalı neftinin NYMEX birjasında ticarət olunan may fyuçersləri 1,71% və ya 1,70 dollar artaraq 101,34 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, Brent markalı neftin ICE birjasında may fyuçersləri 2,65% və ya 2,98 dollar bahalaşaraq 115,55 ABŞ dolları səviyyəsinə çatıb.
Qeyd edək ki, Brent neftinin ötən həftə üzrə bağlanış qiyməti təxminən 105 dollar civarında olub.
Ekspertlərin fikrincə, qiymət artımına əsas səbəb Yaxın Şərqdə gərginliyin yüksəlməsi və xüsusilə Hörmüz boğazı ətrafında mümkün təchizat riskləri ilə bağlı narahatlıqlardır. Bu amillər bazarda qiymətlərə birbaşa təsir göstərir.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...