Neft ölkələrinin görüşü xəbəri nefti bahalaşdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar bahalaşaraq 32,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar bahalaşaraq 35,04 dollar olub.
Qeyd edək ki, neft, gələcək ay istehsalın dayandırılması təklifini görüşmək üçün keçiriləcək neft istehsalçılarının konfransından əvvəl bahalaşmağa başlayıb. Rusiyanın İranla danışıqları davam etdirdiyini açıqlaması "qara qızıl"ın avqust ayından bu yana ən böyük həftəlik qazancına səbəb olub.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Nəhəng neft istehsalçılarının görüşü nefti bahalaşdırdı
Dünya birjasında neft yenidən bahalaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində W...