Nazirlik işçilərin 3 milyon manatlıq maaşını ödətdirdi

Nazirlik işçilərin 3 milyon manatlıq maaşını ödətdirdi
İqtisadiyyat 1810

 

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi diqqətdə saxlanılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, bu sahədə aparılan məqsədyönlü işlər vətəndaşların Dövlət Əmək Müfəttişliyi Xidmətinə inam və etibarının artmasına, əmək hüquqları pozulduğu təqdirdə onların məhz bu quruma müraciət etmələrinə şərait yaradıb.

Cari ilin oktyabr ayında vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun şəkildə görülmüş tədbirlər nəticəsində Xidmət ümumilikdə 1 458 132 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu məbləğin 75,2 faizini gecikdirilmiş əməkhaqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Ümumilikdə cari ilin 10 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində 2 923 661 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, işdən qeyri-qanuni azad edilmiş 17 nəfərin öz əvvəlki işinə bərpa edilməsi təmin olunub.

 

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik işəgötürənləri cərimələdi

Nazirlik işəgötürənləri cərimələdi

Nazirlik işəgötürənləri 178 min manat məbləğində cərimələyib. BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Resp...

1092 İqtisadiyyat 19:00 10 sentyabr 2015

Son xəbərlər