Nazir müavini: Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini sürətləndirəcək

Nazir müavini:  Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini sürətləndirəcək
İqtisadiyyat 726
Vaxt gələcək ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olma prosesini sürətləndirəcək.Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında Trend-ə açıqlamasında deyib.Nazir müavini qeyd edib: "Bizə ÜTT-yə daxil olmaq lazımdır və bu, yüksək siyasi səviyyədə bəyan olunub. Biz bu təşkilata üzvlüyün məqsədəuyğun olduğunu hesab edirik. Lakin bunun üçün vaxt lazımdır".M.Məmməd-Quliyev bildirib ki, hazırda Azərbaycana öz iqtisadiyyatının şaxələndirilməsində və digər sahələrdə yaxşı nəticələrə nail olmaq lazımdır:"Biz hazırda ticarət münasibətlərini prioritet hesab edirik. Düşünürəm ki, iqtisadi sahədə islahatlardan və ciddi nəticələr əldə etdikdən sonra biz təşkilata daxil olmaq üzrə prosesi sürətləndirə bilərik".Onun sözlərinə görə, böyük ehtimal ki Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi daxil olacaq: "Biz inkişaf etməkdə olan ölkəyik. İnkişaf etmiş ölkə olmaq üçün bizə vaxt lazımdır. ÜTT-nin bizə gərəkli olan məsələlərə (o cümlədən kənd təsərrüfatına dəstək) çatmaq imkanı verən sənədləri var və biz sənədlərə, ÜTT-nin sazişlərinə uyğun fəaliyyət göstəririk".BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda evlənmək istəyənlərin hepatit B və C-dən də yoxlanılması təklif olundu

Azərbaycanda evlənmək istəyənlərin hepatit B və C-dən də yoxlanılması təklif olundu

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, Hepatit B və Hepatit C-nin də müayinəsinin icbari olan xəstəl...

1256 Sosial 12:48 22 yanvar 2018

Son xəbərlər