Azərbaycanda evlənmək istəyənlərin hepatit B və C-dən də yoxlanılması təklif olundu

22
yan
2018
12:48
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, Hepatit B və Hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.M.Quliyev bununlıa bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsini təklif edib:“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.BAKU.WS

Oxşar xəbərlər
Fədayə Laçın "hepatit c" xəstəsidir, həbsdə qalması təhlükəlidir
Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.O bildiri...