Sabahdan pulsuz hepatit müayinələri keçiriləcək

Sabahdan pulsuz hepatit müayinələri keçiriləcək
Sosial 1022

 Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hepatit müayinələri keçiriləcək. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Belə ki, 28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da RMDM-də həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.

RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.

Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

Qeyd edək ki, RMDMdə dəfələrlə anoloji aksiyalar təşkil olunub.

Oxşar xəbərlər

Paytaxt sakinlərinə şad xəbər: sabah pulsuz aksiya olacaq

Paytaxt sakinlərinə şad xəbər: sabah pulsuz aksiya olacaq

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçiriləcək. BAKU.WS bildirir ki, Dənizkənarı Bulvar İdarəsin...

1985 Sosial 16:29 31 may 2016

Son xəbərlər