Dünyanın ən güclü həkimləri ayağımıza gəlir

Dünyanın ən güclü həkimləri ayağımıza gəlir
Sosial 1371

18-20 sentyabr tarixlərində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri keçiriləcək.

BAKU.WS məlumat verir ki, 18-20 sentyabr tarixlərində keçiriləc 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərində Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə, dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir.

Sərgidə ilk dəfə olaraq Çex Respublikasından 10 aparıcı tibbi şirkət, Rusiya Federasiyyasından 27 şirkət, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri öz milli stendi ilə çıxış edəcəklər.

Bu il "BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər, 40%-ni isə yerli şirkətlər təşkil edir. Yerli şirkətlər arasında "ARASH Medical”, "Besan”, "Vitta”, "Labservis” və digərləri yer alır. Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12% çoxdur.

Sərginin builki yenilikləri arasında orqanizmdə qanın maksimum dəqiq və ətraflı analizini həyata keçirən, ana bətnində döl qüsurlarını erkən diaqnostika edən ən son aparatlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüsü, müxtəlif yeni əczaçılıq preparatları və digər məhsullar yer alır.

Sərgi çərçivəsində sentyabr ayının 19-da Bakı Ekspo Mərkəzində "Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə keçirilən bu konfransda mütəxəssislər ən yaxşı təcrübələrini öz həmkarları ilə bölüşə biləcəklər.

Həmçinin, builki yeniliklərdən biri də tibbi turizm sektoru çərçivəsində "B2B” formatlı korporativ görüşlərin təşkilidir.

Sentyabr ayının 19-da Bakı Ekspo Mərkəzində "Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş 10-cu elmi-praktiki konfrans da keçiriləcək. Konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər.

Bununla yanaşı, Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən təşkil olunacaq  konfransda "Tibbi turizm” sektorunun inkişaf məsələlərindən danışılacaq.

Sərgi ziyarətçiləri üçün metronun "Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə hərəkət edən xüsusi avtobuslar təşkil edilmişdir.

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər