Mərkəzi Bank məzənnəni açıqladı: dollardan gözlənilməz ucuzlaşma (RƏSMİ)

Mərkəzi Bank məzənnəni açıqladı: dollardan gözlənilməz ucuzlaşma (RƏSMİ)
İqtisadiyyat 6267

 

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 16-na 1,6186 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,6322 manata bərabər olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.6750 manatdan baha sata bilməzlər. 

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bank dollarla bağlı qərar verdi

Mərkəzi Bank dollarla bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu gün 1,...

5473 İqtisadiyyat 08:58 15 mart 2016

Son xəbərlər