Dolların bu səhərki məzənnəsi

Dolların bu səhərki məzənnəsi
İqtisadiyyat 3899

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi birinci günə 1,6411 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar cümə günü 1,6456 manata bərabər olub. Dollar son iki həftə ərzində ardıcıl bahalaşdıqdan sonra ilk dəfə qəfil cuzi ucuzlaşıb.  

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.70 manatdan baha sata bilməzlər. 

BAKU.WS

Oxşar xəbərlər

Dollarda qəfil ucuzlaşma

Dollarda qəfil ucuzlaşma

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənn...

15378 İqtisadiyyat 09:15 13 mart 2016

Son xəbərlər