Mərkəzi Bank dollarla bağlı qərar verdi

Mərkəzi Bank dollarla bağlı qərar verdi
İqtisadiyyat 5473

 

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu gün 1,6322 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar ötən gün 1,6411 manata bərabər olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1.69 manatdan baha sata bilməzlər. 

BAKU.WS

Oxşar xəbərlər

Dolların bu səhərki məzənnəsi

Dolların bu səhərki məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənn...

3899 İqtisadiyyat 08:58 14 mart 2016

Son xəbərlər