Minimum pensiya alanlar üçün ŞAD XƏBƏR - Bu məbləğdə artırıla bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Minimum pensiya həddi artırılacaq. Bununla bağlı sərəncam gözlənilir. Həmçinin büdcə təşkilatlarında çalışanların əməkhaqları ilə bağlı qərarın qəbul edilməsi gözlənilir ki, bu da dolayısı ilə büdcə təşkilatlarından pensiyaya çıxanların pensiya həddinin artmasına təsir göstərəcək. Yəni, onların pensiyası təkrar hesablanacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "Nə baş verir?" verilişinə qonaq olan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
O əlavə edib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,3 milyard manat ətrafında proqnozlaşdırılır: "Bu cari illə müqayisədə təxminən 250 milyon manat artıqdır. Ümid edirəm ki, daha az pensiya alanlar, xüsusilə minimum pensiya alanlar üçün daha yüksək artımlar nəzərdə tutulacaq. Bu, 20-25 faiz ətrafında, 40-50 manat, yəni minimum pensiya həcminin 250 manata çatdırılması gözlənilir", - deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...