Mikayıl Cabbarov: "SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Son 5 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəətliliyi təxminən 2 dəfədən çox artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, son 5 il ərzində şirkətin EBITDA göstəricisi (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) isə təxminən 3 dəfədən çox artıb.
M. Cabbarov qeyd edib ki, vergi ödənişləri ilə bağlı səslənən bəzi mülahizələr düzgün deyil: "Bu məlumatlar açıqdır. Yanaşma belə olub ki, müəssisə yalnız mənfəət vergisini ödəyir. Amma belə deyil - SOCAR tərəfindən ödənilən vergilər müxtəlif növlərdən ibarətdir. Dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması hər zaman aidiyyəti strukturların diqqətində olacaq".
Nazir həmçinin vurğulayıb ki, hər hansı şirkətin, o cümlədən SOCAR-ın fəaliyyəti ilə bağlı suallar birbaşa şirkətə ünvanlanmalıdır: "Xüsusilə deputatlar tərəfindən səslənən sualların cavablandırılacağından əminəm".
Oxşar xəbərlər
Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq
Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin partiyasını alacaq. BAKU.WS xəbər verir ki, Azərbaycan nefti ilə tanker artıq çər...