Mikayıl Cabbarov Raniya əl-Məşatla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyətini qeyd etdik. Ticarət, investisiya, enerji, KOB, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik".
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniya əl-Məşatla (@RaniaAlMashat) görüşdə ölkələrimiz arasında #iqtisadi əməkdaşlığın şaxələndirilməsinin… pic.twitter.com/ndYJv1b9I1
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 14, 2025
Oxşar xəbərlər
Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
Minimum əməkhaqqının gəlir vergisindən azad olunması təklif olunur. Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət,...