Mikayıl Cabbarov III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir yüksək intellektə malik, rəqabətqabiliyyətli insan resurslarının dayanıqlı inkişafda önəmini vurğulayaraq, ölkəmizdə kadr potensialının gücləndirilməsi üçün görülən işləri qeyd edib.
Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən "Yüksəliş" müsabiqəsinin qalibləri üçün hazırlanmış Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını qeyd ediblər. Proqram çərçivəsində qaliblər üçün beynəlxalq iş təcrübəsi, dövlət və özəl sektor nümayəndələri ilə görüş, idarəetmədə effektivliyin artırılması, resursların səmərəli istifadəsi və təşkilatın məqsədlərinə uyğun çevik qərar qəbuletmə mexanizmləri ilə tanışlıq imkanları yaradılıb.
Görüşdə Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Qaliblərə fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.
***15:09
İqtisadiyyat naziri Mikayıl Cabbarov III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Müsabiqə qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti görüşlərimizi keçirdik. İqtisadiyyat Nazirliyinin müsabiqənin qalibləri üçün hazırladığı Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirdiyimiz istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
We held meetings with Farid Isayev and Asad Gurbanzade, winners of the third "Yukselish" (@yukselish_az) competition, where we discussed the outcomes of the Mentorship Program designed by the #MinistryofEconomy specifically for the competition winners. The conversation covered… pic.twitter.com/1Hkkw1I5tA
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2024
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...