Mikayıl Cabbarov: Azərbaycan məktəblərində rəqəmsal səriştələrin tədrisinə başlanılıb

Mikayıl Cabbarov: Azərbaycan məktəblərində rəqəmsal səriştələrin tədrisinə başlanılıb
İqtisadiyyat 30

Bizim məqsədimiz Azərbaycan məktəblərində, təhsil sistemində yeni iqtisadiyyata uyğun, innovasiyalar gətirə biləcək şəxslərin yetişdirilməsini təmin etmək idi.

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.

O, qeyd edib ki, Azərbaycan məktəblərində rəqəmsal səriştələrin tədrisinə başlanılıb:

"Bu məqsədlə tədris prosesində də dəyişikliklər edildi. Hazırda bu şagirdlər artıq məktəbi bitiriblər və əmək bazarına daxil olublar. Bu təşəbbüslər ali təhsil sistemində də reallaşdırıldı. Biz SABAH proqramına start verdik. Bu da ona gətirib çıxardı ki, dünənin tələbələri bu günün innovatorlarlarına çevrildilər".

"Fiskal sistemin rəqəmsallaşmasına yatırılan investisiyalar əsas investisiya sahələrindən biri olmağa davam edir. Bu da daha yaxşı idarəçiliyə, vergidən yayınmanın aradan qaldırılmasına, innovativ həllərin tətbiqinə gətirib çıxardı",- deyə nazir vurğulayıb.

Son xəbərlər