Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək
Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.
Bu barədə "APA-Economics"ə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.
Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Atriumu və geniş açılışlı asma bağları olan yeni bina fasada inteqrasiya olunmuş günəş enerjisi panelləri və təbii ventilyasiya kanalları ilə enerjiyə qənaət və işçilər üçün geniş iş mühiti təklif edəcək. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.
Oxşar xəbərlər
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il...