Manatın real və effektiv məzənnəsi zəifləyib
Sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Belə ki, manatın nominal effektiv məzənnəsi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azalıb.
Həmçinin, manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi də 174,2 faiz bəndi təşkil edib.
Manatın ümumi real effektiv məzənnəsində də azalma müşahidə edilib. Hesabat dövründə bu göstərici 114,7 faiz bəndi təşkil edib ki, bu da 2024-cü ilin sentyabrın 1-i tarixi ilə müqayisədə 4,1 faiz bəndi azdır.
Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 111,6 faiz bəndi təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan tütün idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,650 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. BAKU.WS "Report"a istinadən x...