Manat üçün risk var? - VİDEO

Manat üçün risk var? - VİDEO
Video
İqtisadiyyat 3229
Qonşu ölkələrin milli valyutalarının dollar qarşısında ucuzlaşmasımanat üçün hər hansı bir risk yaratmır. ABŞ-ın Rusiya Türkiyə və İranlayaşadığı gərginliyin maliyyə sisteminə təsirini şərh edən ekspertlər bu fikirdədir. Ekspertlər hesab edir ki, mövcud iqtisadi şərtlərlə yaxın və orta prespektivdə manatın dayanıqlığı təmin olunub.Türkiyə və İran milli valyutalarının dollara nisbətdə dəyər itirməsi, manata təsiri gözlənilmir. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsininüzvü, millət vəkili Aydın Hüseynov qeyd edib ki, manatın məzənnəsini müəyyənləşdirən və sabitliyini təmsil edən amillər tam təmin edilir.Aydın Hüseynovun sözlərinə görə manatın məzənnəsinə təsir edən amillərdən biri ölkənin valyuta ehtiyatlarıdır. Neft qiymətlərinin ilboyu yüksək olması kifayət qədər valyuta ehtiyatlarının toplanmasını təmin edibXarici ticarət dövriyyəsinin müsbət saldosu da manatın sabitliyinə təsir edən məqamlar arasındadır. Azərrbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, eləcə də ixrac məhsullarının həcminin artması proqnozların müsbət olmasına şəraitr yaradır.Millətr vəkili vurğulayıb ki, milli valyutanın sabit qalmasına şərait yaradan maliyyə bank-sisteminin dayanıqlığı da diqqət mərkəzindədirMövcud iqtisadi şərtlərdə nəyinki yaxın gələcəkdə, elə orta prespektivdə də manatın sabitliyi ilə bağlı risklər yoxdur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər