Manat bu axşam xeyli "öləcək"

Manat bu axşam xeyli öləcək
İqtisadiyyat 6175
 

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

BAKU.WS xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7039 məzənnəsi ilə başlamış və 1,7113 məzənnəsi ilə yekunlaşıb. Bu barədə bank dairələrindən məlumat verilib. Bir neçə dəqiqə sonra, Mərkəzi Bankın rəsmi məlumat açıqlayacağı gözlənilir.

Növbəti iş gününə (noyabrın 18-nə) rəsmi məzənnə  ən azı 1,7113 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə (1,7039 AZN/USD) qeydə alınıb.

Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

Dolların bu səhərə olan kursu

Dolların bu səhərə olan kursu

Noyabrın 17-nə manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, 17.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7...

2 İqtisadiyyat 08:49 17 noyabr 2016

Son xəbərlər