Azərbaycanda dollar bu axşam rekord səviyyəyə çatacaq

Azərbaycanda dollar bu axşam rekord səviyyəyə çatacaq
İqtisadiyyat 3402

 

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 9-nə olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6781 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,57% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6781 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6686 AZN/USD) qeydə alınıb.

"Report"un analitik qrupu sabah, noyabrın 9-a olan AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,68 səviyyəsini keçəcəyini istisna etmir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda dollar bu gün rekord vuracaq

Azərbaycanda dollar bu gün rekord vuracaq

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 4-nə olan rəsmi məzənnəsini 1,6580 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank...

1200 İqtisadiyyat 12:11 03 noyabr 2016

Son xəbərlər