Azərbaycanda dollar kəskin ucuzlaşacaq

Azərbaycanda dollar kəskin ucuzlaşacaq
İqtisadiyyat 3018

 

Azərbaycanda ABŞ dollarının sabah, aprelin 1-i üçün rəsmi məzənnəsinin 1,52 AZN/USD səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.

"Report"un analitik qrupunun müşahidələri göstərir ki, son günlər Mərkəzi Bankın (AMB) axsam saatlarında sabahkı günün üçün ictimaiyyətə açıqladığı dolların məzənnəsi adətən cari günün səhər saatlarında kommersiya banklarının satış məzənnəsinə yaxın olur. 

"Qeyd edək ki, burada daha aktiv valyuta ticarəti aparan kommersiya bankları, əsasən "Zaminbank" ASC-nin satış göstəricisi nəzərdə tutulur. Hazırda bu bankda dolların satışı 1,5220 AZN/USD-yə bərabərdir. Böyük ehtimalla sabah, aprelin 1-nə rəsmi məzənnə də bu rəqəmə yaxın olacaq", - deyə analitiklər qeyd edir.

"Report"un ekspertləri gələn həftənin ilk günü, aprelin 4-də rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsində olacağını, kommersiya banklarının valyutadəyişmə şöbələrində isə dolların 1,49 AZN/USD ətrafında alınıb-satılacağını ehtimal edir. 

"Dolların zəifləməsi prosesi önümüzdəki həftə də davam edərək 1,45 AZN/USD-yə qədər düşəcəyi istisna edilmir. AMB-nin məzənnənin 1,40 AZN/USD səviyyəsinə düşəcəyi təqdirdə müntəzəm keçirdiyi hərracların sayını 3-dən 2-yə və ya hətta 1-ə salması mümkündür. Dollarda daha sərt enmə olarsa, AMB-nin manat intervensiyasına başlaması mümkündür", - deyə analitiklər vurğulayıblar. 

Qeyd edək ki, yay aylarında Azərbaycana gələn turistlərin sayının artması və "Formula-1" yarışının izləyicilərinin ölkəyə gəlməsi nağd dolların bazardakı təklifini yüksəldəcək, bu isə öz növbəsində manatın möhkəmlənməsinə əlavə stimul verəcək.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar sabah ucuzlaşacaq

Azərbaycanda dollar sabah ucuzlaşacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün mütəmadi olaraq təşkil etdiyi növbəti valyuta hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə 150 mln. ABŞ d...

2 İqtisadiyyat 11:31 14 mart 2016

Son xəbərlər