Azərbaycanda dollar bu gün rekord vuracaq

Azərbaycanda dollar bu gün rekord vuracaq
İqtisadiyyat 1200

 

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 4-nə olan rəsmi məzənnəsini 1,6580 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6580 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6580 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il noyabrın 2-də (1,6490 AZN/USD) qeydə alınıb. Bu gün də dolların məzənnəsi 1,6490 manatdır. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dolların bu səhərə olan kursu

Dolların bu səhərə olan kursu

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün üçün USD/AZN rəsmi məzən...

4 İqtisadiyyat 08:49 03 noyabr 2016

Son xəbərlər