Maliyyə Nazirliyi 10 dövlət müəssisəsinin maliyyə göstəriciləri ilə bağlı Prezidentə hesabat verib
Bu ilin I yarısında Maliyyə Nazirliyi 10 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinqi ilə bağlı hesabatı Prezident İlham Əliyevə təqdim edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, bu, dövlət başçısının qurumun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2025-ci il tarixli fərmanl çərçivəsində baş tutub. Həmin fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.
Həmçinin Prezident İlham Əliyevin 26 may 2026-cı il tarixli fərmanı ilə dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndirilib.
6 ay ərzində nazirlik həmçinin dövlət başçısının fərmanı ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borclanması Qaydası"nın təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.
Oxşar xəbərlər
Azərbaycanda banklar birləşəcək? - Açıqlama
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın perspektivdə ölkənin bank sektorunda yeni birləşmə və satınalmaların mümkünlüyü məsələsinə münasibət bildirib. BAKU.WS APA-...