"Lukoyl" benzini bahalaşdıracaq

Lukoyl benzini bahalaşdıracaq
İqtisadiyyat 1547

 

""Lukoyl" şirkəti Rusiyada aksiz vergisinin artımını nəzərə alaraq benzinin qiymətini bahalaşdıracaq". 

BAKU.WS-in məlumatına görə, bunu "Lukoyl" şirkətinin vitse-prezidenti Vladimir Nekrasov söyləyib. Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti 1 litr üçün azı 2 rubl artırılmalıdır. 

"Biz 15 milyon ton neft məhsulunu daxili bazarda satırıq. Aksiz vergisinin artımı ilə əlaqədar olaraq biz 1 yanvardan bu yana 30 milyard rubl itirdik. 1 apreldə aksizlərin artımı nəticəsində biz daha 30 milyard rubl itirəcəyik", deyə — "Lukoyl" şirkətinin vitse-prezidenti bildirib.

Rusiya Energetika Nazirliyindən isə bildirilir ki, vergi yükünün artırılması yanacağın dəyərinə təsir etməyəcək. 

 

BAKU.WS "Lukoil-Azərbaycan" şirkəti ilə əlaqə saxlayaraq benzinin bahalaşması qərarının Azərbaycan bazarına şamil olub olmayacağını öyrənməyə çalışıb. Şirkətdən bildirilib ki, "Lukoil"in bu qərarı yalnız Rusiya bazarına aiddir: "Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir".  

BAKU.WS benzinin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərə münasibət öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, yanacağın qiyməti ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: "Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”, - deyə qurumdan bildirilib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda benzin niyə ucuzlaşmalıdır?

Azərbaycanda benzin niyə ucuzlaşmalıdır?

"Yanacağın qiymətinin aşağı salınmasının Ümumi Tarazlıq Modelinə əsasən xərcləri azaltmaqla iqtisadiyyatın müxtəlif sektorlarına müsbət təsir edəcəyi ilə bağlı...

1533 İqtisadiyyat 11:16 08 fevral 2016

Son xəbərlər