İlham Əliyevin tapşırığının icrasına başlandı: əhalini sevindirəcək yeni xəbər

İlham Əliyevin tapşırığının icrasına başlandı: əhalini sevindirəcək yeni xəbər
İqtisadiyyat 14261

İqtisadiyyat və Sənaye Nazirliyi bir sıra lisenziyaların ləğv edilməsi barədə təkliflər planı hazırlayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, plan dünən qurumun keçirildiyi kollegiya iclasında səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, dünən İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov rəisləri topladı

Ramil Usubov rəisləri topladı

Daxili işlər Nazirliyində bu ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilir. BAKU.WS-in məlumatına görə, nazir Ramil Usubovun rəhbərliyi altında...

1435 Siyasət 11:54 16 oktyabr 2015

Son xəbərlər