Laçının 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Xidmət layihələndirmə işləri üzrə 7 müqavilə üzərində işləri davam etdirir. Artıq 3 müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 101 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37ABŞ dolları və ya 1,33 % azalaraq 101,4 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...